Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək AzPolitika onlayn siyasiictimai qəzet

03.12.2024

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makronun istefası tələbi ilə dekabrın 7-də Parisdə nümayiş keçiriləcək.

“Report” Fransa KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hökumətə qarşı etimadsızlıq səsverməsi təhlükəsi fonunda sosial şəbəkələrdə bildirib.

"Dekabrın 7-də saat 14:00-da Parisdə "Makron istefa!" nümayişi keçiriləcək. Hər kəs gəlməlidir!", - o qeyd edib.

F.Filippo həmçinin Fransa liderinin həyat yoldaşı Bricit Makronun "fransızlar ona layiq deyil" sözlərini ələ salıb və prezident cütlüyünü "çamadanlarını yığmağa" çağırıb.

Daha əvvəl prezidentin reytinqinin rekord səviyyədə aşağıda düşdüyü və fransızların yalnız 17 %-nin onu dəstəklədiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью