Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

23.06.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur "Iron Maiden" rok qrupunun Parisdə baş tutan konserti elektrik enerjisinin kəsilməsi səbəbindən yarımçıq qalıb.

Kulis.az xəbər verir ki, bu barədə Fransanın "lefigaro.fr" nəşri məlumat yayıb.

Məlumata görə, məkanda elektrik enerjisi yerli vaxtla təxminən saat 21:40-da kəsilib. Konserti yalnız bir saat sonra, 22:40-da bərpa etmək mümkün olub. Lakin qrupun solisti Brüs Dikinson tamaşaçılara xəbərdarlıq edib ki, səlahiyyətlilər tərəfindən tətbiq edilən komendant saatına görə çıxış 23:30-dan çox uzana bilməz.

Təqsirkar anomal istilərdir

Elektrik enerjisinin kəsilməsinə əsas səbəb kimi hazırda Parisdə hökm sürən rekord dərəcədə isti hava şəraiti göstərilib.

Xatırladaq ki, Fransa ötən il də oxşar anomal istilərlə üzləşmişdi. Həmin vaxt Fransanın Milli Meteorologiya Xidməti ("Météo-France") Parisdə və ölkənin 15 mərkəzi departamentində maksimal – qırmızı təhlükə səviyyəsi elan etmiş, daha 68 regionda isə narıncı təhlükə səviyyəsi tətbiq olunmuşdu.

Hidayət Orucov vəfat etdi "Netflix"in məşhur filminin davamı çəkiləcək Rassel Krou "Qladiator 2"dən danışdı: "Hekayənin əxlaqi mərkəzini darmadağın ediblər"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью