Parisdə paradda respublika qvardiyasının atı Makronun tribunası qarşısında yıxılıb

14.07.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Parisdə 14 iyul Milli bayram şərəfinə keçirilən paradda iştirak edən respublika qvardiyasının atı daş döşəmədə sürüşərək süvari ilə birlikdə prezident tribunası qarşısında yıxılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yelisey sarayının "YouTube" səhifəsində yayımlanan paradın translyasiyasına düşüb.

Süvarilər Fransa prezidenti Emmanuel Makronun tribunasının yerləşdiyi Konkord meydanına çatdıqda müxtəlif istiqamətlərə hərəkət zamanı atlardan biri daş döşəmədə sürüşərək böyrü üstə yıxılıb. Süvari atdan düşmək məcburiyyətində qalıb.

Le Parisien qəzeti bildirib ki, parad zamanı Yelisey meydanında qılıncla addımlayan kursantlardan biri təsadüfən qulağını kəsib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью