Parisdə qəzəbli fermerlər aksiya keçiriblər

05.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Fransada fermerlərin qəzəbi səngimir. Yağışlı və soyuq havaya baxmayaraq, onlar Parisdə Böyük Sarayın (Grand Palais) qarşısında etiraz nümayişinə toplaşıblar.

SİA xəbər verir ki, Kəndli Konfederasiyasının (Confederation paysanne) çağırışı ilə nümayiş keçiriblər. Konfederasiya hərəkətə keçmək və fermerlərin iş şəraitini yaxşılaşdırmaq məqsədilə onları bir araya gətirib.

Böyük Sarayın qarşısına toplaşan fermerlər "Biz sizi yedizdiririk, bizə hörmət edin" şüarları səsləndiriblər. Nümayişçilər "Kəndliləri xilas edin, maklerləri yeyin" yazılmış şüarlar ucaldıblar. Əraziyə jandarm və milli polislər səfərbər olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью