Parisdə səhnəyə çıxıb ağlayaraq konsertin olmayacağını dedi

23.11.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın noyabrın 22-də Parisdə keçirilməsi planlaşdırılan konserti baş tutmayıb.

Axşam.az xəbər verir ki, konsert texniki problemlər səbəbindən son anda ləğv olunub. Sənətçi bu xəbəri tamaşaçılara səhnədən çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

"Bu gün təəssüf ki, konserti keçirə bilmirik. Heç nə işləmir. Biz həqiqətən möhtəşəm şou hazırlamışıq. Səhərdən səs və işıq sistemlərini qaydaya sala bilmirik. Buna görə də səhnəyə çıxıb vəziyyəti özümüz izah etmək qərarına gəldik" deyə, Loboda bildirib.

Müğənni əlavə edib ki, alınmış biletlər yeni tarixdə də keçərli olacaq. Yeni tarixdə iştirak edə bilməyən tamaşaçılara isə biletlərin pulu geri qaytarılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью