Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Fransa paytaxtında Azərbaycanın turizm və mədəniyyət potensialının, eləcə də beynəlxalq tədbirlərin keçirilməsi üçün cəlbedici məkan kimi imkanlarının tanıdılmasına həsr olunmuş işgüzar görüş keçirilib.
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycan Dostları Assosiasiyasının (AAA) və ECHAPEVOO agentliyinin əməkdaşlığı ilə təşkil edilən görüş yerli turizm sektorunun nümayəndələrinin böyük marağına səbəb olub.
Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə, Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Sevinc Mehdiyeva və AZAL-ın Fransadakı nümayəndəsi Kamran Kəlpəliyev iştirak ediblər. Dövlət Turizm Agentliyinin, AZAL nümayəndələrinin və ECHAPEVOO agentliyinin təqdimatları uğurla keçib.
XQ