Parisdə Ukrayna ilə bağlı fövqəladə zirvə görüşü keçirilib | Icma.az
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) bəyan edib ki, Ukraynanın Rusiya ilə əldə edəcəyi istənilən sülhdə müstəqillik, suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik təminatları olmalıdır.
SİA-nın məlumatına görə, paytaxt Parisdə Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Ukrayna ilə bağlı fövqəladə zirvə toplantısından sonra Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta sosial media hesablarında eyni mesajı paylaşıblar.
İki paylaşımda da zirvə görüşündə Ukraynanın sülh masasına güclü mövqedə oturmasının vacibliyi barədə razılıq əldə edildiyi, sülhün ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və güclü təhlükəsizlik təminatları ilə birlikdə gəlməsinin lazım olduğu vurğulanıb.
Paylaşımlarda Avropanın Ukraynaya hərbi yardım göstərmək üçün əlindən gələni etdiyi bildirilib, həmçinin müdafiə sərmayələri, istehsal və xərclərdə artım olmasının vacibliyi qeyd edilib.
Sammitin məqsədi Ukraynadakı vəziyyət və Avropada təhlükəsizlik məsələləri ilə bağlı Avropa liderləri arasında məsləhətləşmələrə başlamaqdır.
ABŞ prezidenti Donald Tramp administrasiyasının gündəmə gətirdiyi və Avropadan kənarda qalacağını açıqladığı Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı mövzuların qiymətləndirildiyi sammitə fon der Leyen və Kosta ilə yanaşı, Almaniya, İngiltərə, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri, NATO-nun Baş katibi Mark Rute də qatılıb.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin Bütün xəbərlər Facebook səhifəmizdə Digər xəbərlər Dünya Ukrayna Silahlı Qüvvələri mənasız itkilər verib Dünya 18-ci mərtəbədən yıxıldı, amma sağ qaldı… Dünya Ukrayna danışıqlarından kənarda qaldığı üçün Rusiyaya tabe olacaq Dünya BMT Sudanla bağlı xәbәrdarlıq etdi Dünya Rubio Qərbin Rusiyaya qarşı sanksiyalarının ləğvindən danışır Dünya Lavrov Rusiya ilə ABŞ arasında aparılan danışıqları dəyərləndirib Dünya TÜRKPA-nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir Dünya Rusiya və ABŞ danışıqları başa çatıb Dünya ABŞ-la danışıqlar üçün Kremlin tələblərinin siyahısı açıqlanıb Dünya Tayvan ABŞ-dən silah almaq imkanını nəzərdən keçirir Dünya Yarım saat telefonla danışdılar Dünya Olaf Şolts və Fridrix Merts eyni hökumətdə yer almaq istəmirlər Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu