Parisdə Ukraynaya silah tədarükünə etiraz aksiyası keçirilib

30.03.2025

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Parisin Respublika meydanında Ukraynaya silah verilməsinə etiraz aksiyası keçirilib.

Bu barədə TASS məlumat yayıb.

Nümayişçilər Parisdə keçirilən Ukrayna sammitinin əleyhinə də çıxış ediblər.

Agentlik Xalq Cümhuriyyət İttifaqı Partiyasının lideri Fransua Asselinodan sitat gətirib: “Biz Ukraynada hərbi əməliyyatları davam etdirmək istəyənlərin alyansının Parisdə keçirilməsinə etiraz edirik”.

O, bir çox Avropa ölkələrinin, eləcə də fransızların Fransa prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı planlarını dəstəkləməməsindən təəssüfləndiyini bildirib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью