Parisdəki iğtişaşlarda daha bir nəfər öldü

19.10.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Parisdə kütləvi etirazlar zamanı ikinci şəxs ölüb.

Bakıvaxtı.az xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə, kişi bazar günündən bazar ertəsinə keçən gecə paytaxtın birinci rayonunda, Şatelet ərazisindəki Sen-Deni küçəsində həyatını itirib.

Hadisə ilə bağlı məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb, daha sonra rəsmi şəkildə təsdiqlənib.

Xatırladaq ki, Fransanın Baş naziri Sebastyan Lekornu iğtişaşlarla bağlı böhran iclasından sonra bəzi rayonlarda komendant saatının tətbiq edilməsi barədə göstəriş verib.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью