Parisdəki məşhur Luvr muzeyində təhlükəli vəziyyət yaranıb

23.01.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Parisdəki məşhur Luvr muzeyinin  əsaslı təmirə ehtiyacı var. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Parisien” qəzeti muzeyin direktoru Lorens De Karsın Fransanın mədəniyyət naziri Raşida Datiyə göndərdiyi məxfi mesaja istinadən məlumat yayıb.

Məktubda muzeyə dəyən “zərərin artması”, geniş işlərin aparılması zərurəti və binanın “narahatlığının həyəcanverici səviyyəsindən” bəhs edilir. Luvrun problemləri arasında suyun binaya keçmə təhlükəsi, həmçinin temperaturun qəfil dəyişməsi  nəticəsində eksponatların  zədələnmə riski də qeyd olunur.

Elcan

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью