Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa Sünik bölgəsində tammiqyaslı konsulluq deyil, konsulluq ofisi açmağa qərar verib.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib.
Onun sözlərinə görə, bu ofis fəxri konsul tərəfindən idarə olunacaq və Gorus şəhərində yerləşəcək.
Dekotini Gorusun seçilmə səbəbini belə əsaslandırıb:
“Gorus (Qoris) bir tərəfdən Sünikin kəsişmə nöqtəsidir, digər tərəfdən isə fransız dili ilə xüsusi bağlara malikdir. Əhalinin tərkibini nəzərə alsaq, bu, Ermənistanın ən çox fransızdilli şəhəri ola bilər”.