Icma.az bildirir, Axsham.az portalına istinadən.
Türkiyəli aktrisa Itır Esen və meneceri Engin Aykanat İstanbulda təmtəraqlı toy mərasimi keçiriblər.
Axşam.az xəbər verir ki, sentyabrın 18-də Parisdə nikah bağlayan cütlük xoş günlərini İstanbulda yaxınları və dostları ilə də qeyd edib. Toyda Çağatay Ulusoy, Kıvanç Tatlıtuğ, Başak Dizer, Devrim Özkan və Mert Koç kimi tanınmış simalar iştirak ediblər.
Gecənin diqqətçəkən məqamlarından biri Çağatay Ulusoyun cütlüyün nikah şahidi olması olub. Müğənni Serdar Ortaç isə mərasimdə səhnəyə çıxaraq qonaqlar üçün mahnılar ifa edib. Daha sonra Çağatay Ulusoy və Mert Koç da səhnəyə çıxaraq Sərdar Ortaçla birgə gitara çalıb, mahnı oxuyublar.
Toy zamanı Itır gəlin buketini atarkən “Yeraltı” serialında rol alan Devrim Özkan gülü tutub. Gülü tutmağa macal tapmayan ekran işindəki tərəf müqabili Sümeyya Aydoğanının mimikaları isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.