Parisə qələbə dalınca gedəcəyik Arsenal ın qapıçısı

30.04.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda öz meydanında PSJ-yə 0:1 hesabı ilə uduzan "Arsenal"ın qapıçısı David Rayya Londondakı oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"PSJ çox tez qol vurdu. İlk 15 dəqiqədə onlar dominantlıq edirdilər, sonrakı dəqiqələrdə fikrimcə, biz üstün futbol oynadıq. Fərqlənmək üçün şanslarımız olsa da, Donnarumma onları bir neçə dəfə parlaq seyvlə qoldan xilas etdi. Oyunumuzla sübut etdik ki, istənilən komandanı yenməyə qadirik. Bu mövsüm səfərdə qələbə qazanmağı bacardığımızı isbatlamışıq. Gələn həftə Parisə qələbə dalınca gedəcəyik".

Xatırladaq ki, tərəflərin Parisdəki cavab qarşılaşması mayın 7-də keçiriləcək. 

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью