Parisi tərk etdi

20.08.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nordi Mukiele PSJ-ni tərk edib. Fransalı futbolçun “Sanderlend” heyətinə qatıb.

Hər iki klubun mətbuat xidmətinin yaydığı məlumatda sağ cinah müdafiəçisinin “Sanderlend” ilə 4 illik müqavilə imzaladığı bildirilib.
Jurnalist Ben Ceykobssun məlumatına görə, İngiltərə klubu 27 yaşlı oyunçu üçün PSJ-yə 12 milyon avro ödəyib.
Nordi PSJ-yə 2022-ci ilin yayında “Leyptsiq”dən keçmişdi. O, parislilərin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 4 məhsuldar ötürmə edib. Son mövsümü isə icarə əsasında “Bayer-04”də keçirib.
Əlavə edək ki, “Sanderlend” ötən mövsümün yekununa əsasən çempionşipdən premyer-liqaya çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью