Parisin ən qədim ərzaq bazarı yanaraq məhv olub

12.10.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransanın paytaxtı Parisdə yerləşən ən qədim üstüörtülü ərzaq bazarı yanıb.

“Le Monde” xəbər verir ki, yanğın nəticəsində bazar tamamilə məhv olub.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Qeyd edək ki, “Marche Couvert des Enfants Rouges” bazarı Parisdə 1615-ci ildən bəri mövcud olub və fəaliyyət göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью