Parkda 6 karatlıq almaz tapıldı

07.10.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də, "Almaz krateri" parkında Cek Prieadin adlı şəxs 6 karatlıq sarı almaz tapıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin dəyərləndirmələrə görə qiymətli daşın dəyəri 250 min dollardır.

Amma kolleksiyaçılar almazın 1 milyon dollar olması barədə rəy veriblər 

"Almaz krateri" parkı dövlətin balansındadır və cəmi 15 dollar ödəməklə oradan almaz tapmaq olar. Bunun üçün bəxtin gətirməlidir. Belə ki, sənə verilən 18 litrlik vedrədəki torpaqda nəsə olmalıdır. 1972-ci ildən bu yana parkda 37 min almaz tapılıb ki, onların da əksəriyyətinin qiyməti cəmi heç min dollara çatmayıb.

Qeyd edək ki, indiyə kimi parkda ən böyük almaz 1924-cü ildə tapılıb. Onun ölçüsü 40,23 karat olub.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью