525.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-də Ceyms Uord adlı sakin parkda ailəsi ilə birlikdə gəzərkən 2,09 karatlıq almaz tapıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntı Arkanzas ştatında yerləşən "Almaz krateri" parkında gerçəkləşib.
2 övladı və həyat yoldaşı ilə parkda gəzən Ceyms qəhvəyi almaz tapıb. Qanunlara görə, onlar almazı dövlətə verməyiblər və özləri ilə götürüblər.
"Almaz krateri" qədim vulkanik kraterdə yerləşir və burada ara-sıra insanlar qiymətli daş tapa bilirlər. Məhz bu üzdən bu yer turistləri özünə cəlb edir.
Qeyd edək ki, Ceymsin tapıntısının təxmini qiyməti 15 min dollara yaxındır.
L.Tağıyeva