Parkda oturub ağladığına görə cərimələndi

26.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Almaniyada parkda ağlayan qadına 25 avro cərimə kəsilib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Gelsenkirchen şəhərində baş verib. 31 yaşlı Hana adlı qadın şəxsi problemlərinə görə uşaqlar üçün nəzərdə tutulan parkda skamyada oturaraq ağlayıb.

Bu zaman bələdiyyə əməkdaşları ona yaxınlaşaraq parkda uşaqlar olmadan oturmağın qadağan olduğunu bildiriblər. Qadına 25 avro cərimə yazılıb. İnternet mağaza

Hana qaydadan xəbərsiz olduğunu və əməkdaşların ona xəbərdarlıq etməsinin kifayət edəcəyini deyib.

Bələdiyyə isə cərimənin qüvvədə olan qaydalara uyğun tətbiq edildiyini bildirib.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью