Parkda skuter sürən oğlan həyatından oldu

10.05.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxda bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Qazax şəhər parkında qeydə alınıb.

Belə ki, Qazax şəhər sakini 2009-cu il təvəllüdlü V.Pərvanəyev parkda skuter sürən zaman yıxılaraq ağır kəllə-beyin travması alıb.

Yeniyetmə paytaxda yerləşən xəstəxanaların birinə aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью