Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Masallı rayonunda parkda ucadan söyüş söyən iki qardaş həbs edilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev adına parkda baş verib.
Masallı rayon sakinləri – 2003-cü il təvəllüdlü Vüsal və onun qardaşı, 2005-ci il təvəllüdlü Vasif (adlar şərti verilib – red.) ictimai yer hesab olunan parkda ucadan söyüş söyüblər.
Ərazidə xidmət aparan polis işçiləri onları nizam-intizama dəvət etsələr də, buna əməl etməyiblər, tabesizlik göstəriblər.
Bu səbəbdən həmin şəxslər saxlanılıblar. İş üzrə izahat verən Vasif ittiham üzrə özünü təqsirli bilib.
Bildirib ki, qardaşı ilə birlikdə məhəllədə olduqları zaman küçədən keçən bir şəxsin onlara çəp baxması səbəbindən mübahisə yaranıb: “Daha sonra ondan ayrıldım və yaxınlıqda yerləşən Heydər Əliyev adına parka getdik.
Parka gedəndə qardaşımla öz aramızda həmin şəxs barəsində danışaraq uca səslə onu söydük.
Biz söyüş söyə-söyə getdiyimiz zaman polis əməkdaşları yaxınlaşdılar, bizi nizam intizama dəvət etdilər.