Parkinq mafiyası : Qanunsuz pul yığan yaşıl jiletli lər kimə tabedir? AÇIQLAMA

27.01.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlərdə Bakı şəhərində dövlətin təşkil etdiyi parklanma yerlərində, xüsusən gecə saatlarında və bazar günləri “yaşıl jilet” geyinərək sürücülərdən pul tələb edən şəxslərin peyda olması ictimaiyyətin diqqətini çəkib.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu hallar parklanma sistemində struktur və ya hüquqi boşluqların mövcud olduğuna işarə etmir:
“Əksinə, belə halları insanların fürsətdən sui-istifadə edib şəxsi qazanc əldə etmək meyli kimi dəyərləndirmək daha düzgündür. Bu şəxslər heç kimə tabe deyil. Bakı şəhərində maşın sürən hər bir vətəndaş artıq parklanma qaydalarına kifayət qədər hakimdir və belə şəxslərin qanunsuz tələblərinə tabe olmamalıdır”.
Ekspert əlavə edib ki, sürücülərin diqqətli və məlumatlı olmaları bu halların qarşısının alınmasında əsas rol oynayır:
“Həmçinin, dövlətin parklanma sistemində monitorinqin gücləndirilməsi və ictimaiyyətin maarifləndirilməsi bu tip qanunsuz davranışların azalmasına xidmət edə bilər. Bu, həm ictimai mədəniyyətin, həm də hüquqşünaslıq biliklərinin göstəricisidir”.
Qeyd edək ki, qanunsuz parklanma xərclərinə qarşı vətəndaşların diqqətli və məlumatlı davranışı, dövlət nəzarətinin gücləndirilməsi ilə birlikdə, ictimai mədəniyyətin və təhlükəsizliyin qorunmasına töhfə verir.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью