Parkinqdə drift edən şəxsləri polis saxladı

07.06.2026

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Nəsimi rayonunda icazəsiz avtomobil yürüşləri ilə bağlı tədbir görülüb.

Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Yenicag.az-a bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub.

Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью