Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu Akademik Həsən Əliyevlə Fətəli xan Xoyski küçələrinin kəsişməsində xoşagəlməz mənzərə mövcuddur.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-a videomaterial göndərib. Onun iddiasına görə, sözügedən ərazidə yaşayan sakinlər park edilmiş maşınlara görə rahat şəkildə hərəkət edə bilmirlər. Görüntüdən də bəlli olduğu kimi, sürücülər maşınlarını zibil qutularını önündə saxlayıblar. Bir sözlə, qutuları tamamilə mühasirəyə alıblar. Şikayətçi, yaxınlıqda yeraltı və yerüstü parkinq sahələrinin olduğunu, lakin sürücülərin ödəniş etməmək üçün yaşayış zonasında necə gəldi park etdiklərini bildirib.
Nərmin