Parkinson xəstəliyinin ilk əlamətləri

05.05.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kiçik əl yazısı, yuxu pozğunluğu, titrəmə və depressiya parkinson xəstəliyinin inkişafının əlamətləri ola bilər".
Missiya.Az 
xəbər verir ki, bu barədə mayın 5-də rusiyalı nevroloq Vladimir Martınov "RİA Novosti"yə müsahibəsində danışıb.
“Erkən əlamətləri qoxu hissiyyatının azalması, qəbizlik, yuxunun pozulması, səbəbsiz depressiya ilə ortaya çıxır", - həkim bildirib.
Nevroloq qeyd edib ki, terapiyanın erkən başlaması parkinson xəstəliyinin inkişafını xeyli ləngidir.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью