Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı VİDEO

07.10.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oğuz rayonunda qayda pozan piyada kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 7-də saat 13:05 radələrində qeydə alınıb.

Kadrlardan göründüyü kimi, orta yaşlı qadın yolun hərəkət hissəsinə nəqliyyat vasitələrinin hərəkətini nəzərə almadan çıxaraq müəyyən olunmayan yerdən keçməyə çalışıb. Bu zaman yaxınlaşan avtomobilin sürücüsü piyadanı vaxtında görərək avtomobili saxlayıb və baş verəcək qəzanın qarşısını alıb.

Videodan hadisənin baş verdiyi ərazidən həm irəlidə, həm də geridə piyada keçidlərinin olduğu da aydın görünür.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227645.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью