Parklanma müddətinin 24 saatla məhdudlaşdırılması beynəlxalq təcrübəyə əsaslanır ŞƏRH EDİL…
Icma.az, Sia Az portalına istinadən məlumat verir. "Parklanma müddətinin 24 saatla məhdudlaşdırılması müxtəlif ölkələrin şəhər nəqliyyat siy
Bu yanaşmanın formalaşması ilk olaraq ABŞ və Kanada şəhərlərində, daha sonra isə London, Berlin, Amsterdam və Oslo kimi Avropa paytaxtlarınd
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, burada məqsəd avtomobillərin günlərlə eyni yerdə dayanmasının qarşısını almaq, küçə səviyyəli parklanma məkanlarının uzunmüddətli saxlama üçün istifadə olunmamasını təmin etmək və nəticədə parklanma resurslarının daha çox istifadəçi tərəfindən paylaşıla bilməsinə şərait yaratmaqdır: "Bu sistem mərkəz zonalarında park yeri çatışmazlığını azaltmaqla birlikdə nəqliyyat axınının səmərəliliyini də artırır.
Belə məhdudiyyətin tətbiqi sürücülərin davranış modelinə birbaşa təsir göstərir.
Praktika göstərir ki, 24 saatlıq limit küçələrdə uzun müddətə avtomobil saxlayan sürücüləri bu məqsəd üçün nəzərdə tutulmuş çoxmərtəbəli dayanacaqlara, park-and-ride sistemlərinə və alternativ parklanma obyektlərinə yönləndirir.
Eyni zamanda, ictimai nəqliyyatın istifadəsi üçün stimullaşdırıcı effekt yaranır, çünki mərkəzə avtomobillə daxil olub günlərlə park etmək daha çətin və daha az sərfəli olur.
Nəticə etibarilə küçə səviyyəli parklanma daha çox qısa müddətli istifadə kontekstinə keçir və bu isə parklanma yerlərinin əlçatanlığını yüksəldir.
Tam oxu
Xəbəri oxu