Parklanma yerində əyləci çəkməyən 73 yaşlı qadın sürücü maşının altında qaldı VİDEO

15.07.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əl əyləcini çəkməyi unudan 73 yaşlı qadın sürücü avtomobilin altında qalıb. Avtosfer.az xəbər verir ki, Polşada yaşlı qadın idarə etdiyi “Toyota” markalı avtomobillə parklanma ərazisinə gələrək ödəniş etmək üçün maşından düşüb. Əl əyləcini çəkməyi unudan qadın avtomobilin hərəkət etdiyini görüb və arxası ilə qaçaraq onu saxlamağa çalışıb. Sükan arxasına keçmək istəyən qadın müvazinətini itirərək yerə yıxılıb və avtomobil onun ayaqlarının üstündən keçib.

Ayaqlarından xəsarət alan qadının köməyinə bu dəfə ətrafdakı sürücülər gəlib. Onlar avtomobili saxlayaraq qadına təhvil veriblər.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью