Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? AÇIQLAMA

04.02.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəhərdə hər addımbaşı rast gəldiyimiz parklanma nöqtələri əlavə problemə səbəb ola bilir. Yəni, sürücü maşını saxlayıb gedib ki, avtomobil əmin yerdədir. Ancaq burda hər hansı qəza baş verərsə, heç kəs cavabdeh deyil. 

Parklanma yerində baş verən qəza zamanı ziyanı kim ödəməlidir? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ekspert Eldəniz Cəfərov bildirib ki, parklanma yerində qəza zamanı sürücü ilk növbədə polisə müraciət etməlidir:

"Ərazidə videokameralar olsa da, olmasa da günahkarın tapılması polisin üzərinə düşür. Dəyən ziyan isə hər kəsə məlum olan qaydada sığorta vasitəsi ilə qarşılanır. Əgər sürücünün kasko sığortası yoxdursa, bu zaman sürücü zərər vurmuş tərəfə qarşı iddia qaldırır və həmin tərəf öz ödənişi hesabına zərər çəkmiş şəxsə ödəniş edir. Dünya təcrübəsində də bu belədir. Demək olar ki, çox yerdə sürücülər bu problemlə rastlaşırlar. Əksər hallarda məsələnin həlli nəticəsiz qalır". 

Mövzu ilə bağlı AYNA-dan qeyd edildi ki, parklanma məntəqəsində avtomobilini saxlayan sürücü mühafizəyə görə yox, ərazidən istifadə etdiyinə görə ödəniş edir. Parklanma məntəqəsində avtomobillə bağlı hər hansı neqativ hala görə AYNA məsuliyyət daşımır. 

Aysel Əkbər
Milli.Az        

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью