Parklarda da siqaret çəkmək qadağandır? KONKRET

20.05.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Parklarda siqaret çəkilməsi məsələsi illərdir cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə, uşaqların, yaşlıların və ailələrin istirahət etdiyi ictimai məkanlarda tütün istifadəsinin insan sağlamlığına və ətraf mühitə təsiri tez-tez gündəmə gəlir.

Bəs Azərbaycanda park ərazilərində siqaret çəkmək qanunla qadağandırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, Azərbaycan qanunvericiliyində park ərazilərində siqaret çəkilməsini birbaşa qadağan edən norma yoxdur.

Onun sözlərinə görə, qadağa əsasən xüsusi müəyyən edilmiş məkanlara aiddir:

“Qanunvericilikdə parkda siqaret çəkilməsi ilə bağlı heç bir qadağa yoxdur. Lakin tütün çəkilməsi qadağan olunan yerlərdə siqaret istifadəsinə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Tütün məmulatlarının ətraf mühitə atılmasına görə isə 300 manat məbləğində cərimə tətbiq olunur.”

Ekspert vətəndaşları ictimai yerlərdə həm qanunvericiliyin tələblərinə, həm də ətrafdakı insanların rahatlığına və təmizliyə diqqət yetirməyə çağırıb.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью