Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Heydər Əliyev prospektində təhlükəli bir mənzərə müşahidə edilib.
Avtosfer.az xəbər verir ki, özünü “parkovşik” hesab edən bir şəxs yolun ortasında duraraq hərəkətdə olan avtomobillərə istiqamət verməyə başlayıb. O, nəinki parklanmanı tənzimləyib, hətta dəfələrlə intensiv hərəkətin olduğu yola çıxaraq həyatını ciddi təhlükə altına atıb.
Hadisə zamanı sürücülərin əksəriyyəti yolda qəfil qarşılarına çıxan bu şəxsə görə manevr etmək məcburiyyətində qalıb. Bu isə qəzaya səbəb ola biləcək riskli vəziyyətlər yaradıb.
Eltac Zülfüqaroğlu