“Parla” proqramına bu il 2020 müraciət daxil olub

20.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı ilə həyata keçirilən IV “Parla” təqaüd və inkişaf proqramının müsahibə mərhələsinə başlanılıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, bu il proqrama ümumilikdə 2020 müraciət daxil olub. İlkin qiymətləndirmə nəticəsində 228 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsahibələr zamanı namizədlərin fərdi məqsədləri, sosial vəziyyəti, tələbəlik fəaliyyəti, şəxsi inkişaf potensialı və proqramın müəyyən etdiyi digər meyarlar qiymətləndirilir. Yekun seçim müsahibə mərhələsinin nəticələrinə əsasən aparılacaq.

“Parla” təqaüd və inkişaf proqramı qızların təhsil imkanlarının genişləndirilməsinə, akademik və şəxsi inkişaflarının dəstəklənməsinə, eləcə də gələcək karyera perspektivlərinin gücləndirilməsinə yönəlib.

Proqram çərçivəsində iştirakçılara təqaüdlə yanaşı, ingilis dili və IELTS hazırlığı, mentorluq, müxtəlif təlimlər və peşəkar inkişaf imkanları təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью