Parlakdan sonra parlamayan futbolumuz 0:31 İdman və Biz | Icma.az
Idman.biz saytına istinadən Icma.az xəbər verir. Futbolumuz qol həsrətindən qurtula bilmir.
İdman.biz xəbər verir ki, 2024-cü ilin payızında qələbə qazana bilməyən Azərbaycan yığmaları qol vurmaqda da çətinlik çəkir.
Millilərimiz son 8 rəsmi matçda rəqib qapısına yol tapa bilməyib.
Əsas yığma Millətlər Liqasında, qadın komandamız Avropa çempionatının pley-off, digərləri seçmə mərhələsində çıxış edib.
Hədəfi itirən komandalarımızın son qolu oktyabrın 25-də vurulub. Həmin gün qadın millimiz Portuqaliyaya 1:4 hesabı ilə məğlub olub.
Yeganə qolumuza 58-ci dəqiqədə Nazlıcan Parlak imza atıb. Amma Parlakın qolundan sonrakı günlər heç də parlaq alınmayıb.
“Liv Bona Dea”dakı görüşdən sonra 5 fərqli yığmamız meydana çıxsa da, ümumilikdə 8 görüşdə fərqlənə bilməyib.
Nazlıcanın 58-ci dəqiqədə hesab 0:3 olanda fərqləndiyini nəzərə alsaq, komandalarımız ümumilikdə 752 dəqiqədir qol axtarışındadır.
Tam oxu
Xəbəri oxu