Parlament Azərbaycanın D 8 ə üzvlüyünu ratifikasiya edib

07.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi" ratifikasiya edilib.

Oxu.Az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

"İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında" qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Xatırladaq ki, Azərbaycan 2024-cü ilin 19 dekabrında Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqlu doqquzuncu üzv kimi qəbul edilib.

Təşkilatın əsas prinsipləri iqtisadi inkişaf, ticarət əməkdaşlığı, ədalətli iqtisadi sistem və beynəlxalq diplomatik əlaqələrin möhkəmləndirilməsidir.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью