Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belqrad şəhərində parlamentin qarşısında silahlı hücum təşvişi yaşanıb.
"Cebheinfo.az" xəbər verir ki, Serbiya ı hücum təşkil edən 30 yaşlı V.A.-nı saxlayıb.
Məlumata görə, şübhəli şəxs aylardır parlamentin qarşısında düşərgədə qalan mülki şəxsləri hədəf alıb.
Həmin düşərgə Serbiya Prezidenti Aleksandr Vuçiçə etiraz edən şəxslər tərəfindən istifadə olunurdu.
Hadisə zamanı düşərgə yaxınlığında olan bir şəxs güllələnib və ağır yaralı halda xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, yaralanan şəxs hadisə yerindən keçən mülki vətəndaşdır.
Şahidlərin bildirdiyinə görə, hücumçu çadırların olduğu əraziyə yaxınlaşaraq tapança ilə atəş açıb.