Parlament İşsizlikdən Sığorta Fondunun büdcəsini təsdiqlədi

16.12.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun (İSF) 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərək III oxunuşda qəbul olunub.

Redaktor.az xəbər verir ki, Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 9,5 % çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью