Parlament Sumqayıt Apellyasiya Məhkəməsinə təyinatları təsdiqlədi

11.04.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Milli Məclisdə Sumqayıt Apellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında məsələyə baxılıb.

Bakupost.az xəbər verir ki, bu parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov vəzifələri dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin olunması təklif olunub.

Sonda məsələ səsə qoyularaq qəbul olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью