Parlamentari: Azərbaycanın İƏT ə sədrliyi həmin təşkilatının nüfuzunu daha da artıracaq | …
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək.
Sədrlik 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.
Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.
Azərbaycan beynəlxalq arenada nüfuzunu getdikcə gücləndirir və mühüm təşkilatların idarəçiliyində daha fəal rol oynayır.
Bu baxımdan, ölkəmizin 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik etməsi əhəmiyyətli hadisədir.Milli Məclisin deputatı Aydın Hüseynov “Sherg.az”a bildirib ki, ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər ən yüksək səviyyədə təşkil olunur:“Biz bunun üçün çoxlu nümunələr gətirə bilərik.
Məsələn, bu yaxınlarda ölkəmizdə baş tutan COP29 konfransı təşkilatçılıq, iştirakçıların sayı və qəbul olunan qərarların növbəti mərhələdə daha ünvanlı olması baxımından ən nümunəvi tədbirlərdən biri idi.
Eyni zamanda Azərbaycanın bir çox beynəlxalq təşkilatlarda rəhbərliyi olub. Azərbaycan Qoşulmama Hərəkatına (QH) 4 il sərdlik edib.
Tam oxu
Xəbəri oxu