Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı hələ də Rusiyadan hər hansı cavab alınmayıb. Azərbaycanın haqlı olaraq öz tələbləri var.
Bu vəziyyət isə Rusiya-Azərbaycan arasında ikitərəfli münasibətlərə pis təsir edir.
Şuşa Qlobal Media Formunda Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tələblərinin yerinə yetirilməsində sonadək gedəcək.
Prezident bu bəyənatla Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və milli maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcəyini bir daha ortaya qoydu.
Millət vəkili Rizvan Nəbiyev mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:"Ötən ilin dekabırında Rusiyaya qarşı səsləndirilən tələbləri necə eşitmişdiksə, Şuşa Qlobal Media Forumunda da eyni prinsipallıqla bu tələblər səsləndirildi.
Bu, beynəlxalq hüququn prinsiplərinə və ədalətə əsaslanan bir mövqedir, Rusiyaya qarşı yönəlik addım deyil.
Bizim Rusiyadan tərəfdaş kimi ədalətin bərpası üçün gözləntimiz var.