Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəzi qurumlarda bu məsələ formal xarakter daşıyır və heç bir ictimai nəzarət yoxdur"Dövlət qurumları yanında formalaşdırılmış İctimai şuralar ictimai nəzarəti həyata keçirməli və həmin qurumların fəaliyyətinin şəffaflığına töhfə verməlidirlər".
Bu sözləri "Sherg az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, bəzi qurumlarda bu məsələ formal xarakter daşıyır və heç bir ictimai nəzarəti həyata keçirmir: "Prezident İlham Əliyev müxtəlif çıxışlarında ictimai nəzarətin vacibliyini dəfələrlə vurğulayıb.
Düzgün təşkil olunmuş ictimai nəzarət vətəndaşların dövlət qurumlarının fəaliyyətindən məmnunluğunu artırmalıdır.
Əgər dövlət qurumlarında formalaşdırılmış İctimai şuraların hamısı öz fəaliyyətlərini günün tələblərinə uyğun təşkil edərlərsə, bəzi narazılıqların dərhal aradan qalxmasına töhfə vermiş olarlar.
Həm də müəyyən qüsurların ictimai nəzarət vasitəsilə üzə çıxarılması dövlət qurumlarının fəaliyyətinin daha səmərəli qurulmasına xidmət etmiş olar.
Məhz ictimai nəzarət vasitəsilə vətəndaşlar dövlət qurumlarının fəaliyyətində iştirak etməli və inkişafına töhfə verməlidirlər".