Icma.az, Sherg.az portalına istinadən məlumat verir. Birincisi mütəmadi doğru bəyanatlar verir, ikincisi isə hərbi ritorikanı qoruyub saxlay
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti bu məntiqə zidd addımlar atmayacaq və ya bəyanatlar verməyəcək.
Parlamentdəki çıxışında Paşinyan bir sıra başqa digər rezonans doğuran açıqlamalar da verib.
O bildirib ki, Ermənistanda yeni - sosial-psixoloji inqilab başlayıb və bu inqilab 2018-ci ilin "məxməri inqilabı"ndan heç də az əhəmiyyət kəsb etmir.
Onun sözlərinə görə, söhbət "real Ermənistanın inqilabı"ndan gedir.
Bu transformasiyanın əsas xüsusiyyəti, Paşinyanın versiyasına görə, vətən və dövlət anlayışlarının üst-üstə düşməsidir.
O qeyd edib ki, bir neçə əsrdən sonra ilk dəfə olaraq ermənilər üçün həm vətən, həm də dövlət - Ermənistan Respublikasıdır.