Parlamentari: Qazaxıstan Azərbaycanın haqlı mövqeyini daim müdafiə edib | Icma.az
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Türk dövlətləri hərbi əməkdaşlığı genişləndirməlidir” Tural Gəncəliyev: “Qazaxıstan KTMT-də Ermənistanın destruktiv fəaliyyətinin qarşısını alıb” Oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayevlə görüşüb.
Liderlər ikitərəfli münasibətləri və digər məsələləri müzakirə ediblər.
Qazaxıstan dövlət başçısı vurğulayıb ki, Azərbaycan liderinin səfəri iki ölkə arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir: "Mübaliğəsiz əminliklə demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir.
Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir.
Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır.
İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir".
Prezident İlham Əliyev də deyib ki, Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir.
Tam oxu
Xəbəri oxu