Icma.az bildirir, Yenisabah portalına istinadən.
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və əlaqəli maliyyə sənədlərinin müzakirəsi davam edir.
"Yeni Sabah" xəbər verir ki parlamentin noyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcələri, həmçinin gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri daxil edilib. Bundan başqa, iclasda bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə üç qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.
Gündəliyə, eyni zamanda, Milli Məclisin və Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələri salınıb. Online alış-veriş
Xatırladaq ki, parlamentin noyabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi noyabrın 18-də də davam etdiriləcək.