Parlamentdə Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsi qaldırılıb

11.04.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Milli Məclisdə Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsi qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, sənət məbədimizdə bu gün dava-dalaş gedir. 

"Sənət mühiti görün nə vəziyyətdədir? Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb, onu vətənə dəvət etsinlər”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью