Parlamentdə Paşinyanın impiçmenti müzakirə oluna bilər

05.05.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Biz yatmırıq” Vətəndaş hərəkatının təşəbbüskarı Edqar Xazaryan Ermənbistanın baş naziri Nikol Paşinyanın impiçment prosesinin uğurlu keçəcəyinə əminliyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb.

Xazaryan bilidirib: “Məndə belə bir təəssürat var ki, impiçmentə qarşı çıxanları onun uğursuzluğu yox, əksinə, onun uğuru narahat edir…
Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq – bütün rəqiblər uğursuzluqla üzləşəcəklər. Heç kim xalqın xırda ambisiyalarını, maraqlarını rəhbər, tutaraq xalqın iradə və istəklərinə qarşı dura bilməz. Xalq Nikol Paşinyanın istefasını istəyir”.

Xatırladaq ki, “Biz yatmırıq” Vətəndaş hərəkatının təşəbbüskarları Edqar Xazaryan və Narek Malyan baş nazir Nikol Paşinyana etimad göstərməmək təşəbbüsü ilə parlamentə məktub göndəriblər.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью