Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə

02.12.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 2-də Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ictimai dinləmə keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda təşkil olunan ictimai dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri iştirak edirlər.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli bildirib ki, parlamentdə təkcə 2023-cü ildə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə ictimai dinləmə keçirilib. Bu dinləmələr Milli Məclisin müxtəlif komitələri tərəfindən təşkil edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью