Parlamentdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək Komitə sədri AÇIQLADI

18.09.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisdə "Keyfiyyətli qida sağlamlığa zəmanətdir" mövzusunda ictimai dinləmələr keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qurumun iclasında deyib.

O bildirib ki, ictimai dinləmələr Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə təşkil olunacaq və artıq iş planına daxil edilib.

"Bu, həm "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nın təbliği, qarşıda duran vəzifələrin əhaliyə çatdırılması baxımından çox vacibdir. Çünki bizim dinləmələrimizin əsas istiqaməti bilavasitə həmin məsələləri, onlardan irəli gələn vəzifələri və müddəaları təbliğ etməkdir", - deyə T.Rzayev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью