Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.
Layihəyə əsasən, bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.
Bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcəklər.
"Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir.
Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur. Qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyələrə ödənilən xidmət haqları və digər yığ