Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 8 məsələ müzakirə ed…
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dekabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda komitə sədri Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri birinci məsələ olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Bildirib ki, təklif olunan dəyişikliklər genişhəcmlidir və sənəd son vaxtlar qanunvericiliyə gətirilmiş məhdudlaşdırıcı normaların Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əks olunmasını ehtiva edir.
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd olunub ki, layihə tikinti obyektinin və fərdi yaşayış evinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucuların yerləşdirilməsini tənzimləyir.
Komitə sədrinin müavini Elşən Musayev “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Kredit büroları haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib.
O bildirib ki, layihə mənzil fondunun özəlləşdirilməsi ilə bağlı sənədlərin elektron yolla asan əldə olunmasını təsbit edir.
Tam oxu
Xəbəri oxu