Parlamentin iclası başladı: Büdcə müzakirələrinin 3 cü günü

21.11.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Milli Məclisin növbəti plenar iclası keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, deputatlar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirə edirlər.

Xatırladaq ki, qanun layihəsi noyabrın 20-də birinci oxunuşda qəbul edilib.

Qeyd edilib ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Gələn il icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat proqnozlaşdırılır.

Onu da bildirək ki, bu gün büdcə müzakirələrinin üçüncü günüdür.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью