Parlamentin iclasında 10 məsələ müzakirəyə çıxarılacaq

27.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

XQ xəbər verir ki, iclasın gündəliyində "Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə "ExxonMobil Exploration  Production Azerbaijan Limited" şirkəti və "Middle Kura" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihələri daxil olmaqla ümumilikdə 10 məsələ var.

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью